AZ | EN | RU
 
   

 
Azərbaycan Jurnalistlər Birliyinin Bəyanatı

 

Aprelin 26 – da, gecə saat 00.00-da ANS TV-nin əməkdaşları – müxbir Nicat Süleymanov, operator Elmin Muradov və şirkətin korporativ nəzarət xidmətinin əməkdaşı Azər Balayev M. Muxtarov küçəsi, 190 ünvanında çəkiliş apararkən Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynovun əmri ilə zorakılığa məruz qalmışlar. Polis fiziki güc tətbiq edərək kamera və kaseti çəkiliş qrupundan almışdır.

Peşə fəaliyyətini yerinə yetirərkən hüquq-mühafizə orqanları tərəfindən jurnalistlərə edilən təzyiqlər, basqılar dəfələrlə ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən pislənsə də, belə halların təkrar baş verməsi təəssüf doğurur.

Azərbaycan Jurnalistlər Birliyi bu hadisəni insan azadlığının təməl Prinsipi olan söz, fikir, informasiya almaq azadlığına qarşı basqı kimi qiymətləndirir və belə hərəkətlərdən əl çəkməyi hüquq – mühafizə orqanlarından qəti şəkildə tələb edir.