AZ | EN | RU
 
   

 
Radiolar

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən radio yayımçıları


Azərbaycan Dövlət Radiosu


Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılmışdır. Hal-hazırda Azərbaycan Dövlət Teleradio Şirkətinin tərkibinə daxil olan Azərbaycan Dövlət Radiosunun 3 proqramı və 1 səsyazma evi mövcuddur. Azərbaycan Dövlət Radiosu 88 AM dalğasında yayımlanır. Azərbaycan Dövlət Radiosunda aşağıdakı redaksiyalar fəaliyyət göstərir:

  • İctimai-siyasi proqramlar
  • Ədəbiyyat və incəsənət
  • Baş proqramlar direksiyası
  • Musiqi verilişləri
  • Təhsil və elmi-kütləvi proqramlar
  • Beynəlxalq Azərbaycan radiosu
  • Xalq yaradıcılığı
  • Gənclik və idman
  • Uşaq verilişləri
  • Xəbərlər
  • Rejissorlar qrupu
  • Direktorlar şöbəsi
  • Rus dilində yayım şöbəsi

Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilmişdir.


Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+994 12) 4923807.
Faks: (+99412) 4972020
İnternet ünvanı: http://www.aztv.az

 


"İctimai" radio

İctimai radio"nun yayımı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən həyata keçirilir. "İctimai radio" 90 FM dalğasında yayımlanır. İlk dəfə 2006-cı il yanvarın 10-da yayıma başlamışdır.


İctimai radioda 4 departament fəaliyyət göstərir:


Xəbərlər və analitik proqramlar departamenti;
Elm-təhsil, Gənclik və idman departamenti;
Musiqi və əyləncəli verilişlər departamenti;
Ədəbiyyat və İncəsənət departamenti.
Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə radio yayımı üçün xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241.
Tel: (994 12) 431-17-37, 430-22-64.
Faks: (994 12) 430-34-26
İnternet səhifəsi: http://radio.itv.az


 


"ANS ÇM" Radiosu

"ANS ÇM" Radiosu 26 may 1994-cü ildə yaradılmışdır. "ANS ÇM" Radiosu 102 FM dalğasında yayımlanır.

"ANS ÇM" Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Yayımın 18,4 faizini xaricdə istehsal olunan proqramlar, 81,6 faizini şəxsi istehsal olan proqramlar təşkil edir.

"ANS ÇM" Radiosunun yayım dili dövlət dilidir (100%).

"ANS ÇM" Radiosu respublikanın bütün ərazisinə yayımlanır.

Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 
Ünvan: Bakı şəhəri, Keçid 1128, 504-cü məhəllə.
Tel: (994 12) 493 22 58.
Fax: 498 94 98.
İnterent ünvanı: http://www.ans.az

 

 


"Azad Azərbaycan" Radiosu

"Azad Azərbaycan" radiosu 28 may 1998-ci ildən fəaliyyət göstərir. Təsisçisi "Azad Azərbaycan" Teleradio Yayımı şirkətidir. "Azad Azərbaycan" radiosu 196 və 231,4 metr orta dalğada, 1530 KHz tezliklərdə yayımlanır. Gün ərzində 6 saat yayımlanın radionun verilişləri dünya azərbaycanlıları və azərbaycan dilini bilən dinləyicilər üçün nəzərdə tutulmuşdur. "Azad Azərbaycan" Radiosu 106.3 FM dalğasında yayımlanır.

Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

Ünvan: Bakı şəhəri, A.Abbaszadə küçəsi, 8.
Tel: (994 12) 497 46 22.
Fax: (994 12) 510 52 65

 

 


"Antenn" Müstəqil Teleradio Kompaniyası

"Antenn" Müstəqil Teleradio Şirkəti 12 may 1998-ci ildə yaradılıb. 1 iyun 1998-ci il tarixdən fəaliyyət göstərir. "Antenn" Radiosu 101 FM dalğasında yayımlanır.

"Antenn" Müstəqil Teleradio Kompaniyasının təsisçiləri Əliyev Rüstəm Qədim oğlu və Cavadov Rövşən Novruz oğludur.

"Antenn" Müstəqil Teleradio Kompaniyasının həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Yayımın 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"Antenn" Müstəqil Teleradio Kompaniyasının yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

"Antenn" Müstəqil Teleradio Kompaniyası respublikanın bütün ərazisinə yayımlanır.

Milli Televiziya və Radio Şurasının 15 sentyabr 2005-ci il tarixli qərarı ilə "Antenn" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

Ünvan: Bakı şəhəri, Şərifzadə küçəsi 1.
Tel: (994 12) 433-71-01.
Fax: (994 12) 4337101.
İnterent ünvanı: www.antenn.az

 

 


"Bürc FM" Radiosu

"Bürc FM" Radiosu 14 fevral 1998-ci il tarixdə yaradılmışdır. 25 iyun 1998-ci il tarixdən etibarən Bakı şəhəri və onun ətrafında yayımlanır. "Bürc FM" Radiosu 100.5 FM dalğasında yayımlanır.

"Bürc FM" Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Yayımın 33,3 faizini xaricdə istehsal olunan proqramlar, 66,7 faizini şəxsi istehsal olan proqramlar təşkil edir.

Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "Burc FM LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Bakı şəhəri, Atatürk prospekti 28.
Tel: (994 12) 447 47 27.
Fax: (994 12) 447 47 40.

 

 


"106 FM" Radiosu

"106 FM" Radiosu 4 mart 1999-cu il tarixdə "Azad Azərbaycan" Teleradio Kompaniyası tərəfindən yaradılmışdır.

"106 FM" Radiosunun əsas məqsəd və vəzifələri musiqi, şou xəbər və tok-şou proqramları hazırlamaqdır. "106 FM" MHz yayım tezliyində 24 saat ərzində fəaliyyət göstərir.

"106 FM" Radiosunun yayım dilini dövlət dili (80%), əcnəbi dil (20%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.


Ünvan: Bakı şəhəri, A.Abbaszadə küçəsi, 8.
Tel: (994 12) 497 45 77

 

 


"Lider FM" Radiosu

"LiderJazz FM" Radiosu 15 noyabr 1999-cu il tarixdən 107 FM dalğasında yayımlanır.

"LiderJazz FM" Radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

"LiderJazz FM" Radiosunun yayım dili dövlət dilidir (100%).

"LiderJazz FM" Radiosu respublikanın bütün ərazisinə yayımlanır.

Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Media Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 83/23.
Tel: (994 12) 497-88-99. 497 42 30
Fax: (994 12) 497 88 98.
İnterent ünvanı: http://www.lidertv.com

 

 


"Space" 104 FM radiosu


"Space" 104 FM radiosu 2001-ci ilin oktyabr ayında yaranmış və 104 FM dalğasında yayıma başlamışdır. Radio ictimai-siyasi, mədəni, idman və digər sahələri əhatə edən informasiya buraxılışları, habelə musiqili-əyləncəli verilişləri yayımlayır.

"Space" 104 FM radiosunun həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

"Space" 104 FM radiosunun yayım dilini dövlət dili (99%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 07 fevral 2007-ci il tarixli qərarı ilə "Space" Müstəqil Televiziya və Radio Şirkətinin radio yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.


Ünvan:Bakı şəhəri., C.Cabbarlı küçəsi, 33.
Tel: (994 12) 492 62 82
Faks: (994 12) 492 62 82

 

 



"Xəzər" radiosu

"Xəzər" radiosu 2007-ci ildə yaradılmışdır.İlk dəfə 10 may 2008-ci il tarixdə fəaliyyətə başlamışdır."Xəzər" radiosu 103 FM dalğasında yayımlanır.

"Xəzər" radiosunun yayım ərazisi respublikanın bütün ərazisini əhatə edir.

Həftəlik yayımın həcmi 168 saat təşkil edir.

"Xəzər" radiosunun yayım dili dövlət dili (100%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə "Xəzər" TV Məhdud Məsuliyyətli Cəmiyyətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq  (lisenziya) verilmişdir.

Ünvan:Bakı şəhəri,Atatürk prospekti 28.
Tel: (99412) 493-99-49 ; 447-47-27.
"Media-FM" Radiosu

"Digital Media Məhdud Məsuliyyətli Cəmiyyəti" 20 avqust 2008-ci il tarixdə Azərbaycan Respublikası Verigilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır.

Dövlət dilinin ümumi həcmi 100% təşkil edir. Yayımın növü radio, yayımın üsulu efir, internet və peyk yayımıdır.

Yayım ərazisi Bakı şəhəri və Abşeron yarımadasıdır.

İctimai və iqtisadi verilişlər 20%, xəbər buraxılışları 10%, musiqi verilişləri və əyləncəli proqramlar 60%, mədəniyyət və incəsənətə həsr olunmuş verilişlər 10% təşkil edir.

105.5 MHz tezliyində yayımlanır.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə "Digital Media Məhdud Məsuliyyətli Cəmiyyəti"nə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Qaynaq: MİLLİ TELEVİZİYA və RADİO ŞURASI

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu