AZ | EN | RU
 
   

 
Qazaxda jurnalistlərin Xocalı toplantısı
Elçin İSMAYIL

Xocalı soyqırımının 18-ci ildönümü Azərbaycan Jurnalistlər Birliyi Qərb zona filialında qeyd olunmuşdur. Bununla əlaqədar keçirilən tədbir rayondakı Şəhidlər xiyabanına ziyarətlə başlamışdır. Birliyin üzvləri Şəhidlər xiyabanına gül dəstələri qoyaraq şəhidlərin ruhunu yad etmişlər.
Sonra "Göyəzən" rayon qəzeti redaksiyasında toplantı keçirilmişdir. Azərbaycan Jurnalistlər Birliyinin Qərb zona filialının sədri, "Göyəzən" qəzetinin baş redaktoru Elçin Məmmədov toplantını giriş sözü ilə açaraq Xocalı soyqırımından, onun baş vermə səbəblərindən danışmışdır. Qeyd etmişdir ki, Qazax sakinləri Xocalı faciəsindən iki il öncə rayonda baş vermiş Bağanıs Ayrım faciəsini yaşamışlar.
Azərbaycan Jurnalistlər Birliyinin Qərb zona filialının üzvlərindən - "Azadlıq" qəzetinin müxbiri Nemət Novruzov, "Kirpi" jurnalının baş redaktorunun müavini Sərhəd Məmmədov, "Mühakimə" qəzetinin xüsusi müxbiri Qürbət Yusubov, "Dəli Kür", "Ocaq" qəzetlərinin bölgə müxbirləri İlyas Süleymanlı, Mahir Qocayev və başqaları çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmasından, faciənin bütün dünyaya çatdırılmasında jurnalistlərin də əməyinin olmasından danışmışlar.