AZ | EN | RU
 
   

 
Nizamnamə

 

AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN NİZAMNAMƏSİ

 

ÜMUMİ QAYDALAR

Azərbaycan Jurnalistlər Birliyi özünüidarəedən, hökumət orqanlarından, siyası partiyalardan asılı olmayan azad, müstəqil, könüllü professional yaradıcılıq təşkilatdır.

Birliyin məqsədi ictimai fikrin formalaşdırılması və ifadə edilməsi üçün jurnalistlərin səylərini birləşdirməkdir.
Azərbaycan Jurnalistlər Birliyi digər dövlətlərin jurnalist təşkilatları ilə bərabər hüquqda əməkdaşlıq edir.

Azərbaycan JB Azərbaycan Respublikasının Konstitusiyası (Əsas Qanunu) və qanunları və “Mətbuat haqqında Azərbaycan Respublikasının Qanunu” əsasında fəaliyyət göstərir.

Azərbaycan JB beynəlxalq hüquq subyektidir və beynəlxalq ictimai (qeyri-hökumət) birliklərə daxil ola bilər, birbaşa beynəlxalq əlaqələr yarada bilər.

Azərbaycan JB Katibliyi Bakı şəhərində yerləşir.

 

MƏQSƏD VƏ VƏZİFƏLƏR

İctimai fikri formalaşdırmaq və ifadə etmək vasitəsi olan jurnalistika ümumbəşəri əxlaq prinsiplərini təsbit edir, xalqın həyatında baş verən hadisələri, onun problemlərini, dövlət orqanlarının, bütün partiyaların, ictimai təşkilatların və digər birliklərin fəaliyyətini operativ və obyektiv işıqşandırır.

AJB-nin ən ümdə vəzifəsi Azərbaycan Respublikasının tam istiqlaliyyəti, siyasi və iqtisadi müstəqilliyi, milli idealların həyata keçirilməsi, respublika ərazisində yaşayan bütün xalqların mənəvi tərəqqisi, onların birliyi, mətbuat və söz azadlığı qayğısına qalmaqdır.

AJB öz üzvlərinin azad yaradıcılıq səylərini, qanuni hüquqlarını, şərəf və ləyaqətini müdafiə edir, onların sosial, mənəvi və maddi tələbatının ödənilməsi qayğısına qalır.

Xalqın milli və mənəvi inkişafına kömək edir. AJB jurnalist kadrlarının hazırlanması və onların peşə ustalığının yüksəldilməsi qayğısına qalır.

Bu məqsədlə:

- yaradıcılıq birlikləri, bölmələri, klubları təşkil edir, konfranslar, yaradıcılıq müsabiqələri, seminarlar, görüşlər, sərgilər və s. təşkil edir;
- öz üzvlərini dövlət mükafatlarına, fəxri adlara və mükafatlara təqdim edir;
- Jurnalistika fakültələrində təhsil alan istedadlı tələbələr üçün təqaüdlər təsis edir və ehtiyacı olan tələbələrə birdəfəlik maddi və mənəvi yardım göstərir.

 

AJB-NİN ÜZVÜ

Jurnalist təşkilatlarında işləyən və AJB Nizamnaməsini qəbul edən yaradıcı işçilər (mətbuat, televiziya, radio, nəşriyyat işçiləri, jurnalistika fakültəsinin həmin ixtisas üzrə müəllimləri) AJB-nin üzvü ola bilərlər.

Ərizəyə ilk jurnalist təşkilatlarında baxılır və ərizə sahibinin iştirakı ilə müvafiq qərar qəbul edilir. İlk təşkilatın qərarı AJB-nin katibliyində müzakirə edilir.

Xaricdə yaşayan və Azərbaycan barədə yazan jurnalistlər də AJB-nin üzvü ola bilərlər.

AJB-nin üzvü Birliyin Nizamnaməsinə və peşə etikası normalarına əməl etməlidir.

AJB-nin üzvü aşağıdakı hallarda təşkilatdan çıxmış hesab edilir:

a) şəxsi ərizəsi əsasında;
b) Nizamnamə tələblərini yerinə yetirmədikdə və ya peşə etikası normalarını kobud surətdə pozduqda;
v) üzvlük haqqını bir ildən artıq səbəbsiz vermədikdə.

AJB üzvlyündən azad etmək üçün ilk təşkilat üzvlərinin üçdə iki hissəsi səs verməlidir. İlk təşkilatın qərarı AJB Katibliyi tərəfindən təsdiq edilir. Şikayətə AJB-nin peşə etikası və jurnalistlərin hüququnun müdafiəsi şurasında baxılır.

AJB-nin üzvlərinə üzvlük bileti və döş nişanı verilir.

 

AJB-nin orqanları

AJB-nin ali orqanı qurultaydır. Qurultay beş ildən bir çağırılır. Növbədənkənar qurultay məclisin tələbi ilə çağrıla bilər. Qurultayın çağırılması barədə AJB üzvlərinə iki ay əvvəl məlumat verilir.

Qurultayda nümayəndəlik norması məclis tərəfindən müəyyən edilir. Nümayəndələrin üçdə iki hissəsi iştirak etdikdə qurultay səlahiyyətli hesab olunur.

 

Azərbaycan Jurnalistlərinin qurultayı:

Səs çoxluğu ilə Nizamnaməni qəbul edir və Nizamnamədə dəyişiklik edilməsinə nümayəndələrin ən azı 2-3 hissəsi səs verməlidir; Jurnalistlər Birliyinin rəhbər orqanlarının seçilməsi qaydasını təsdiq edir;

Birliyin sədrinin, məclisin, katibliyin, peşə etikası və Jurnalistlərin hüququnun müdafiəsi şurasının, Jurnalist fondunun hesabatını dinləyir və təsdiq edir. AJB-nin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;

gizli və ya açıq səsvermə yolu ilə Birliyin sədrini və məclisi seçir;
qurultaylararası dövrdə AJB-nin işinə Məclis və Katiblik rəhbərlik edir.

 

MƏCLİS

AJB-nin qurultayını çağırır və onun qərarlarının yerinə yetirilməsi üçün tədbirlər müəyyən edir;
nəzarət-təftiş komissiyasını seçir;

Məclis ildə ən azı iki dəfə keçirilən iclaslarında AJB-nin fəaliyyət proqramını, jurnalist təşkilatının həyatının mühüm məsələlərini nəzərdən keçirir;

sədrin müavinini, katibliyi, məsul katibi, Jurnalist fondunun direktorunu seçir;

üzvlərinin üçdə -iki hissəsi iştirak etdikdə Məclis öz iclaslarını keçirə bilər;

qərar əsas çoxluğu ilə qəbul edilir.

 

KATİBLİK

Katiblik AJB-nin daimi fəaliyyət göstərən əməli orqanıdır. Katibliyin tərkibinə AJB-nin sədri, sədrin müavini, məsul katib, jurnalist fondunun direktoru, Naxçıvan Muxtar Respublikasının, iri şəhər və rayonların jurnalist təşkilatlarının nümayəndələri daxildirlər.

Katiblik AJB qurultayının, Məclisin qəbul etdiyi qərarları, təsdiq etdiyi planları həyata keçirir, operativ məsələləri həll edir;

Katiblik yaradıcılıq müsabiqələrinə yekun vurur və mükafatlar verir, əsas tədbirlərin planını və AJB büdcəsini təsdiq edir;

AJB -yə qəbul haqqında ilk təşkilatların təqdimatını nəzərdən keçirir;

cari tədbirlərin keçirilməsinə sərf edilən vəsaiti təsdiq edir;

ona tabe olan istehsalat sahələrinin və təşkilatların maliyə-təsərrüfat fəaliyyəti haqda nəzarət-təftiş komissiyasının məlumatını dinləyir, vəsatatlara, xahiş və ərizələrə baxır.

 

NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI

Nəzarət-təftiş komissiyası kargüzarlıq işinin müəyyən edilmiş qaydada aparılmasına, büdcənin düzgün yerinə yetirilməsinə, bütövlükdə AJB-nin və Azərbaycan Jurnalist fondunun maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edir.
Nəzarət-təftiş komissiyasının səlahiyyət müddəti 5 ildir.

Nəzarət-təftiş komissiyası öz fəaliyyəti haqqında AJB katibliyinə məlumat verir.

 

PEŞƏ ETİKASI VƏ JURNALİSTLƏRİN HÜQUQLARININ MÜDAFİƏSİ ŞURASI

Peşə etikası və jurnalistlərin hüquqlarının müdafiəsi şurası Məclis tərəfindən seçilir. Şuranın əsas məqsədi AJB-nin hüquq statusunu təmin etmək və Azərbaycan Respublikası Konstitusiyası (Əsas Qanunu) və “Mətbuat haqqında Azərbaycan Respublikası Qanunu” əsasında AJB üzvlərinin mənafeyini, yaradıcılıq azadlığını müdafiə etməkdir.

Şura jurnalistlərin appelyasiyalarını, təkliflərini, iradlarını nəzərdən keçirir, müvafiq qərarlar qəbul edir.

 

İLK JURNALİST TƏŞKİLATLARI

İlk təşkilatlar ən azı 3 nəfər AJB üzvü olan jurnalistlərin iş yerlərində: mətbuat orqanlarında, radioda, televiziyada, nəşriyyatlarda, informasiya agentliklərində, BDU-nun jurnalistika fakültəsində və digər kütləvi informasiya vasitələri kollektivlərində yaradılır.

İlk təşkilatlar:

AJB Nizamnaməsini rəhbər tutur;

üzvlük haqqı toplayır;

katibliyə AJB üzvlüyünə qəbul edilmək üçün namizədlər təklif edir;

təşkilat üzvlərinin yaradıcı əməyi üçün şəraitin yaxşılaşdırılması və onların peşə səviyyəsinin yüksəldilməsi qayğısına qalır;

ilk təşkilata onun yığıncağında seçilmiş katib, üzvlərin sayı otuzdan çox olduqda isə büro rəhbərlik edir.
AJB üzvü pensiyaya çıxdıqda, son iş yerindəki ilk təşkilatın uçotunda qalır.

 

AZƏZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN JURNALİST FONDU

Jurnalist fondunun məqsədi AJB üzvlərinin yaradıcı və təsərrüfat fəaliyyətini stimullaşdırmaq, onların sosial, məişət və mədəni təlabatını ödəməkdir.

Jurnalist fondu AJB-nin gəlirindən: qonarar faizindən (mətbuat orqanlarından, televiziyadan, radiodan və nəşriyyatlardan köçürmələrdən), Birliyin təsərrüfatlarının, kooperativlərinin gəlirlərindən, üzvlük haqlarından və s. yaranır.

AJB Jurnalist fondu digər dövlətlərin jurnalist fondları və dünyanın eyni tipli təşkilatları ilə bərabər hüquqda əməkdaşlıq edir.

Jurnalist fondunun maliyyə və təşkilat işini AJB Katibliyi istiqamətləndirir.

 

AJB-nin vəsaiti

AJB-nin vəsaiti daxilolma və üzvlük haqlarından, Jurnalist fondunun vəsaitindən, nəşriyyat və təsərrüfat fəaliyyəti nəticəsində əldə edilən məbləğdən, AJB üzvlərinin qonorarından ayrılan faizdən, pullu tədbirlərdən əldə edilən vəsaitdən, təşkilatların və ayrı-ayrı şəxslərin könüllü surətdə verdiyi vəsaitdən ibarətdir.

Üzvlük haqqı:

a) daxilolma haqqı
b) illik üzvlük haqqı
v) işləməyən pensiyaçı üçün illik üzvlük haqqı müəyyən edilir (indeksasiyaya uyğun).

Hüquqi şəxs kimi, AJB öz vəsaitindən istədiyi kimi istifadə edə bilər.

AJB müəyyən edilmiş qaydada səhmlər, digər qiymətli kağızlar  buraxa və ala bilər, pul-şey lotoreyası keçirə bilər.

AJB özünün valyuta fondunu yaradır.

AJB öz vəsaitindən aşağıdakı məqsədlər üçün istifadə edə bilər:

a) tikintinin (yaşayış evlərinin, yaradıcılıq və istirahət bazalarının, müalicə müəssisələrinin) maliyyələşdirilməsi;
b) yaradıcılıq və kooperativ fəaliyyətinin genişləndirilməsi, kommersiya, vasitəçiliklə məşğul olmaq;
v) əmək qabiliyyətini müvəqqəti itirənlərə, müalicə olunan və ya maddi vəziyyəti çətin olan jurnalistlərə və ya onların ailə üzvlərinə yardım göstərilməsi;
q) AJB aparatının saxlanması və tutduğu otaqların (binanın), nəqliyyat vasitələrinin istismarı;
ğ) digər fəaliyyət (demoqrafik və ekoloji problemlər, xeyriyyə tədbirləri, AJB-nin adlı təqaüdləri və s.)

Bütün maliyyə əməliyyatlarının aparılması AJB-nin mühasibat işçisinə tapşırırlar. Mühasibat işçisi Jurnalist fondunun direktoru ilə birlikdə maliyyə fəaliyyəti üçün məsuliyyət daşıyır.

Nazarət-təftiş komissiyası maliyyə məsələlərinə nəzarət edir.

AJB-nin daşınan və daşınmaz əmlakı onun mülkiyyətidir.

 

Hüquqi status

AJB hüquqi şəxsdir.

AJB-nin emblemi, möhürü, ştampı vardır.

AJB-nin nəşr və efir verilişi, qəzet, jurnal, kitab, kino-videofilmlər buraxmaq hüququ vardır.

AJB-nin fəaliyyətinin dayandırılması

AJB-nin fəaliyyəti respublikada qüvvədə olan qanun vericilik əsasında və ya AJB qurultayı tərəfindən nümayəndələrin 4/5-nin qərarı ilə dayandırıla bilər.

AJB ləğv edildikdə onun vəsaiti və əmlakı ləğvetmə komissiyasına verilir.

 

Nizamnaməni Endirin Azərbaycan Jurnalistlər Birliyinin Nizamnaməsi(127kb)            

 Kitabı oxumaq üçün Adobe Reader proqramını endirinGet Adobe Reader

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu