AZ | EN | RU
 
   

 
PROQRAM HESABATI

ACİ – YF – nun 14972 № - li QRANTI

(01.10.2008 – 16.04.2009)

 

Azərbaycan Jurnalistlər Birliyi Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun dəstəyi ilə həyata keçirilən mövcud layihə çərçivəsində aşağıdakı işləri görmüşdür:

Layihənin birinci mərhələsində nəzərdə tutulduğu kimi, KİV – də çalışanların peşəkarlıq səviyyəsinin artırılması, inkişaf etmiş ölkələrin mətbuatının təcrübəsindən faydalanmaları, müasir jurnalistikanın prinsip və vəzifəliri haqda yetərli bilgi almaları, respublika mediasında baş verən yeniliklərlə və həmçinin, nəzəri ədəbiyyatla tanış olmaları məqsədilə AJB-nin www. ajb. az saytı yaradılmışdır.

Sayt altı bölmədən ibarətdir.

“Haqqımızda” adlı bölmə məlumat, tarix,sədr, sədrin çıxışları və müsahibələri, AJB sədrinin müavinləri, katiblik, məclis üzvləri, Nizamnamə, Peşə etikası kodeksi və üzvlər alt bölmələri üzrə sıralanıb. Burada AJB – nin əsas fəaliyyət istiqamətləri, yaranma tarixi, sədri haqqında məlumatlar, o cümlədən sədrin müxtəlif mətbu orqanlarda KİV – lə bağlı çıxışları və müsahibələri verilib. Bölmədə həmçinin, təşkilatın rəhbər orqanlarında təmsil olunan şəxslərin, Birlik üzvlərinin siyahısı ilə yanaşı, Nizamnamə və Peşə etikası kodeksi ilə də tanış olmaq mümkündür.

“Ensiklopediya” adlı bölmə qanunvericilik, kitablar və məqalələr alt bölmələrini əhatə edir. Bu bölmədə KİV – lə bağlı qanunlar, bəyannamələr, eləcə də,jurnalistikaya aid kitab və məqalələr yerləşdirilib.

“İnteraktiv” adlı bölmənin strukturu iş elanları,CV-lər, məqalə elanı, şikayət və oxucu məktubları alt bölmələrindən təşkil olunub. CV-lər alt bölməsində, hazırda heç bir KİV – də çalışmayan və ya daha sərfəli şərtlərlə iş axtaran jurnalistlər haqqında məlumatlar (C V - lər) veriləcək. Məqalə elanı alt bölməsinin xidmətlərindən daha çox ciddi araşdırma işləri aparan jurnalistlər faydalana biləcəklər. Verilmiş elan vasitəsilə yazını çap etmək marağında olan hər hansı bir mətbu orqan, onu müəyyən razılıq əsasında əldə edə biləcəkdir. Şikayət və oxucu məktubları alt bölmələrində isə KİV – lə bağı şikayətlər, rəy və təkliflər veriləcək.

Hesab edirik ki, bu bölmənin fəaliyyəti, redaksiyalarda peşəkarlığı ilə seçilən jurnalistlərin sayının artmasına və qəzetlərdə daha səviyyəli, ciddi yazıların getməsinə şərait yaradacaq.

“Yeniliklər” bölməsində saytın qonağı, mətbuat xülasəsi və xəbərlər alt bölmələri yerləşdirilib. Tanınmış jurnalistlər, elm – sənət xadimləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri saytın qonağı olacaqlar. Gündəlik və həftədə bir dəfə çıxan qəzetlərin əsas yazıları haqda informasiya ilə mətbuat xülasəsində tanış olmaq mümkündür. Xəbərlərdə media ilə bağlı məlumatlar yer alacaq.

“KİV kataloq” bölməsinə qeydiyyatdan keçən qəzetlərin, TV- lərin, Radioların, agentliklərin və internet xəbər saytlarının siyahıları daxil edilib.

Sonuncu “Əlaqə” bölməsi aşağıdakı şəkildə qruplaşdırılıb: təşkilatın ünvanı, telefon, faks, E – mail.

Azərbaycan Jurnalistlər Birliyinin həyata keçirdiyi “Jurnalistlərin peşəkarlığının artırılmasına yardım layihəsi”nin ikinci mərəhələsinə uyğun olaraq Mingəçevir, Qazax, Quba və Lənkəran rayonlarında Mərkəzi Aran, Şimal, Qərb, Cənub bölgələrində çalışan jurnalistlər üçün “Müasir jurnalistika: Peşəkarlıq və obyektivlik standartları” mövzusunda treninqlər keçirilmişdir. Tədbirlərdə mərkəzi qəzer və TV – lərin bölgə müxbirləri ilə birgə 90 – dan artıq jurnalist iştirak etmişdir.

İştirakçılarla keçirilən görüşlərdə AJB sədri E. Şıxlı treninqlərin əsas məqsədinin əhalinin doğru, obyektiv, qərəzsiz informasiya ilə təmnatı, həmçinin informasiya resurslarının şəffaflığı məsələlərinin müzakirəsi olduğunu bildirib.

Jurnalistlər qarşısında çıxış edən “Zerkalo” qəzetinin şöbə müdiri Rauf Mirqədirov əsas diqqəti xəbərin verilməsi və söz azadlığı məsələlərinə yönəldib. Onun fikrincə bu sahədəki problemlər həm subyektiv, həm də obyektiv səbəblərlə bağlıdır. R.Mirqədirov rayon qəzetlərinin düşdüyü ağır vəziyyətə də öz münasibətini bildirərək qeyd edib ki, region qəzetləri hələ də Sovet dövründən qalma prinsiplər əsasında işləyir. Maddi-texniki bazanın, ən başlıcası isə müasir jurnalistikanın tələblərinə cavab verən peşəkar kadrların olmaması da problemi dərinləşdirən səbəblərdəndir.

Məruzəçi onu da bildirib ki, KİV – lərin iqtilar və müxalifət mətbuatı kimi 2 cəbhəyə bölünməsi müstəqil mətbuatın formalaşmasını ləngidir. Bunun üçün qəzetlər icra strukturlarının tabeliyindən çıxarılmalı, biznes təşkilatı kimi fəaliyyət göstərməlidirlər.

Treninqlərdə iştirak edən jurnalistlər qaldırılan problemlərlə razılaşdıqlarını bibildirərək, həmçinin maliyyə çatışmazlığını, regionlarda mətbəənin olmamasını, abunənin yarıtmaz təşkilini, gənclərin jurnalistikaya həvəs göstərməmələrini region mətbuatının inkişafına təsir etdiyini vurğulayıblar.

Görüşlər zamanı, regionlarla işin prioritet istiqamətlərini müəyyən etmək üçün iştirakçılara 2 anket paylanılmışdır. Anonim olan birinci anketdə jurnalistlər mövcud layihəyə münasibətlərini bildirmiş, mühazirəni qiymətləndirmiş, gələcəkdə daha hansı mövzuları dinləmək istədiklərini qeyd etmişlər.

İkinci anket isə daha geniş spektri əhatə edir. İştirakçılar buradakı 23 suala öz münasibətlərini bildirmişlər.

Anketlərdən aydın olur ki, belə tədbirlərdə bu və ya digər məsələ ətrafında aparılan fikir mübadilələri, dinlənilən mühazirələr, regionlarda çalışan mətbuat işçilərinin müasir jurnalistikanın prinsip və vəzifilərifələri haqda bilgi almalarına, dünyagörüşlərinin formalaşmasına, son nəticədə isə professional səviyyələrinin artmasına səbəb olur.