AZ | EN | RU
 
   

 
Regional Yayımçılar

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən regional yayımçılar

 

"Alternativ" TV (Gəncə)

"Alternativ" TV 5 yanvar 2001-ci il tarixdə Gəncədə təsis edilmişdir.

"Alternativ-Tele-Radio" MMC 15 mart 2001-ci il tarixdən ilk dəfə efirə çıxmışdır. 18 aprel 2001-ci il tarixdən 6 saatlıq efir rejiminə keçmişdir. 1 iyul 2002-ci il tarixdən etibarən efir vaxtı 14 saatadək artırılmışdır. Məqsəd Gəncə şəhəri və ətraf rayonların tamaşaçılarına cizgi, bədii və sənədli filmlər, musiqi və yerli xəbərləri əks etdirən "Xəbər+" informasiya proqramı və digər verilişləri nümayiş etdirməkdir. "Alternativ-Tele-Radio" MMC-nin təsisçisi Tarquliyev Hikmət Cəfər oğludur.

"Alternativ" TV-nin həftəlik yayımının ümumi həcmi 112 saat təşkil edir.

Ümumi efir vaxtının 39 faizini ölkədə istehsal olunan proqramlar, 46 faizini xaricdə istehsal olunan proqramlar, 15 faizini şəxsi istehsal proqramları təşkil edir.

Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli qərarı ilə "Alternativ-Tele-Radio" Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.


Ünvan: Gəncə şəhəri, T.Arani küçəsi 6.
Tel: (0 22) 57-68-22, 57-68-57.

 

 


"Kəpəz" Televiziya Şirkəti (Gəncə)

"Kəpəz" Televiziya Şirkəti 14 iyul 1993-cü il tarixdə yaradılıb. "Kəpəz" Televiziya Şirkəti 6 may 1994-cü il tarixdən Gəncə şəhərində yayıma başlamış və verilişləri 46-cı kanalla yayımlanır.

Şirkətin yaradılmasında məqsəd Gəncə əhalisinə göstərilən informasiya xidmətinin səviyyəsinin yüksəldilməsi, ölkəmizlə xarici dövlətlər arasında operativ informasiya mübadiləsinin genişləndirilməsi, cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında baş verən proseslərin işıqlandırılması, əyləncəli proqramların, reklamların, video məhsulların istahsalı və istismarıdır.

Şirkətin prezidenti R.R.Əsgərovdur.

"Kəpəz" Televiziya Şirkətinin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edir.

Ümumi efir vaxtının 10 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 70 faizini şəxsi istehsal proqramları təşkil edir.

"Kəpəz" Televiziya Şirkətinin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "Kəpəz" Teleradio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Gəncə şəhəri, Ə.Nəzmi 4.
Tel: (0 22) 56-91-60, 56-91-02.

 

 


"Aygün" TV (Zaqatala)

"Aygün" TV 25 yanvar 1996-cı il tarixdə fəaliyyətə başlamışdır. "Aygün" TV 12-ci kanalla yayımlanır.
Direktor N.A.Nuriyevdir.

Aygün" TV–nin həftəlik yayımının ümumi həcmi 35 saat təşkil edir.

Ümumi efir vaxtının 25,7 faizini ölkədə istehsal olunan proqramlar, 55,3 faizini xaricdə istehsal olunan proqramlar, 19 faizini şəxsi istehsal proqramları təşkil edir.

Aygün" TV–nin yayım dilini dövlət dili (50,2%), əcnəbi dil (49,8%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 11 dekabr 2007-ci il tarixli qərarı ilə "Aygün" TV-yə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.


Ünvan Zaqatala şəhəri, Azadlıq küçəsi 1.
Tel: (0) 174-5-50-58

 

 


"Dünya" Müstəqil Televiziya Şirkəti (Sumqayıt)

"Dünya" TV Şirkəti 15 oktyabr 1998-ci ildə yaradılmış, 1999-cu ilin noyabrından fəaliyyətə başlamışdır. 42-ci kanalla yayımlanır. Məqsədi cəmiyyətdə operativ və obyektiv informasiya bolluğunu təmin etmək, elmi-mədəni və digər dəyərlərin geniş təbliğinə nail olmaqdan ibarətdir. Şirkətin prezidenti R.F.Hüseynovdur.

"Dünya" TV Sumqayıt şəhərində həftə ərzində 36 saat yayımlanır.

Ümumi efir vaxtının 16,7 faizini ölkədə istehsal olunan proqramlar, 20 faizini xaricdə istehsal olunan proqramlar, 61,3 faizini şəxsi istehsal proqramları, 2 faizini isə reklamlar təşkil edir.

Milli Televiziya və Radio Şurasının 15 sentyabr 2005-ci il tarixli qərarı ilə "Dünya" Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Sumqayıt şəhəri, 10-cu mikrorayon, "Qarabağ" kt-nın binası
Tel: (01 64) 635 25.

 

 


"Xəyal" Televiziyası (Quba)

"Xəyal" Müstəqil Televiziya və Radio Şirkəti 7 avqust 1998-ci ildə yaradılmışdır. 39-cu kanalda efirə çıxan "Xəyal" TV 1 sentyabr 1998-ci il tarixdən verilişlərini əsasən Quba, Qusar, Xaçmaz rayonları ərazisində yayımlamağa başlamışdır.

Məqsəd ölkənin şimal bölgəsində yaşayan əhaliyə dolğun informasiya vermək, rəngarəng televiziya proqramları, yerli televiziya verilişləri və video proqramları çatdırmaqdır.

"Xəyal" Müstəqil Televiziya və Radio Şirkətinin təsisçiləri Qədimbəyli Yusif Qafar oğlu və Qədimova Mehri Yusif qızıdır.

"Xəyal" TV-nin həftəlik yayımının ümumi həcmi 88 saat təşkil edir.

Ümumi efir vaxtının 15,96 faizini ölkədə istehsal olunan proqramlar, 45,23 faizini xaricdə istehsal olunan proqramlar, 38,81 faizini şəxsi istehsal olan proqramlar təşkil edir.

"Xəyal" TV-nin yayım dilini dövlət dili (40,52%), əcnəbi dil (59,48%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 01 mart 2006-cı il tarixli qərarı ilə "Xəyal" Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Quba şəhəri, F.Xan küçəsi 133.
Tel: (0169) 5-00-44, 5-56-44.

 

 


Qütb Televiziyası (Quba)

"Qütb" Teleradio Şirkəti 1995-ci ildə respublikanın şimal bölgəsində yaşayan əhalinin dolğun informasiya ilə təmin olunması məqsədi ilə yaradılmışdır. "Qütb" televiziyasının verilişləri 27-ci kanalla yayımlanır.

"Qütb" TV-nin təsisçisi Orucov Mahir Məmməd oğludur.

"Qütb" TV-nin həftəlik yayımının ümumi həcmi 126 saat təşkil edir.

Ümumi efir vaxtının 25 faizini ölkədə istehsal olunan proqramlar, 52 faizini xaricdə istehsal olunan proqramlar, 23 faizini şəxsi istehsal proqramları təşkil edir.

"Qütb" TV-nin yayım dilini dövlət dili (78%), əcnəbi dil (22%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 14 oktyabr 2005-ci il tarixli qərarı ilə "Qütb" Teleradio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Quba şəhəri, H.Əliyev prospekti 156.
Tel: (0169) 5-32-33.

 

 


"Cənub TV" (Lənkəran)

"Cənub TV" Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı il tarixdə yaradılmışdır. "Cənub TV" MMC-nin təsisçisi Əskərli İlqar Şahverən oğludur.

"Cənub TV"-nin həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"Cənub TV"-nin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 07 sentyabr 2007-ci il tarixli qərarı ilə "Cənub TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: Lənkəran şəhəri, Azad Mirzəyev küçəsi, ev 70.

 

 


"Mingəçevir" TV (Mingəçevir)

"Mingəçevir" TV 04 may 1998-ci ildə yaradılmışdır. Məqsəd əhali üçün gündəlik ictimai-siyasi xəbərlər, bədii-əyləncəli proqramlar, uşaqlar üçün cizgi filmlər, ədəbi-bədii, o cümlədən tənqid-təbliğ xarakterli verilişlər, video filmlərin yayımlanmasıdır. "Mingəçevir" TV-nin təsisçisi Məmmədov Vahid Əziz oğludur.
"Mingəçevir" TV-nin həftəlik yayımının ümumi həcmi 49 saat təşkil edir.

Ümumi efir vaxtının 18 faizini ölkədə istehsal olunan proqramlar, 37,5 faizini xaricdə istehsal olunan proqramlar, 44,5 faizini şəxsi istehsal proqramları təşkil edir.

"Mingəçevir" TV-nin yayım dilini dövlət dili (40,52%), əcnəbi dil (59,48%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 15 sentyabr 2005-ci il tarixli qərarı ilə "Mingəçevir" Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Mingəçevir şəhəri, S.Vurğun küçəsi 19.
Tel: (0) 147-4-76-26. 147-47-606

 

 


"Simurq M" Televiziya Şirkəti (Tovuz)


"Simurq M" Televiziya Şirkəti 1996-cı ildə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Şirkətin təsisçisi M.S.Süleymanovdur.

"Simurq M" Televiziya Şirkətinin həftəlik yayımının ümumi həcmi 49 saat təşkil edir.

Ümumi efir vaxtının 20 faizini ölkədə istehsal olunan proqramlar, 40 faizini xaricdə istehsal olunan proqramlar, 40 faizini şəxsi istehsal olan proqramlar təşkil edir.

"Simurq M" Televiziya Şirkətinin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 30 sentyabr 2005-ci il tarixli qərarı ilə "Simurq M" Teleradio Kompaniyasının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

 

Ünvan: Tovuz şəhəri, S.Məmmədov küçəsi 1.
Tel: 4656371, 4656372 (Bakı nümayəndəliyi)

 

 


"Kanal-S" MMC (Şəki)

"Kanal-S" Məhdud Məsuliyyətli Cəmiyyəti 14 iyul 2006-cı il tarixdə yaradılmışdır. 53-cü kanalda yayımlanır.

"Kanal-S" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Ağazadə Kəmalə Yusif qızıdır.

"Kanal-S"–in həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"Kanal-S"–in yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 03 oktyabr 2006-cı il tarixli qərarı ilə "Kanal-S" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: Şəki şəhəri, Q.Qarayev küçəsi ev 11.

 

 


"Yevlax" TV (Yevlax)

"Yevlax TV" 14 iyul 2006-cı il tarixdə yaradılmışdır. 57-ci kanalda yayımlanır.

"Yevlax TV" Məhdud Məsuliyyətli Cə­miy­yə­ti­nin təsisçisi Əliyev Niftalı Müseyib oğludur.

"Yevlax TV"–nin həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"Yevlax TV"–nin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 03 oktyabr 2006-cı il tarixli qərarı ilə "Yevlax TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: Yevlax şəhəri, Zərdabi küçəsi ev 1/6.

 

 


"RTV"(Xaçmaz)

"RTV" Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə yaradılmışdır. 2007-ci il tarixdən fəaliyyətə başlamışdır.
"RTV" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Fərid Əsgərovdur.

"RTV"-nin həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir.

Ümumi efir vaxtının 20 faizini ölkədə istehsal olunan proqramlar, 80 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"RTV"–nin yayım dilini dövlət dili (70%), əcnəbi dil (30%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 11 iyul 2006-cı il tarixli qərarı ilə "RTV" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi 10
Tel: 3 16 85


Qaynaq: MİLLİ TELEVİZİYA və RADİO ŞURASI

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu