AZ | EN | RU
 
   

 
TV Yayımçıları

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən televiziya yayımçıları

 

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti

Azərbaycan Respublikası Dövlət Teleradio verilişləri Şirkəti 1955-ci ildə yaradılmış və 14 fevral 1956-cı ildə yayıma başlamışdır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1991-ci il tarixli 207 saylı Fərmanı ilə "Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə" təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 mart 2005-ci il tarixli 213 saylı Fərmanına əsasən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkəti ləğv edilmiş və onun bazasında ilkin mərhələdə bütün səhmləri dövlətə məxsus olan "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Dövlət Televiziyası fəaliyyət göstərdiyi illər ərzində ona İsrafil Nəzərov (1956), Teymur Əliyev (1956-1964), Ənvər Əlibəyli (1964-1967), İmran Qasımov (1967-1968), prof. Qurban Yusifzadə (1968-1982), Elşad Quliyev (1982-1990), Qeysər Xəlilov (1990-1991), Məmməd Murad (1991-1992), Məmməd İsmayıl (1992-1993), Babək Məmmədov (1993-1996), prof. Nizami Xudiyev (1996-2006) rəhbərlik etmişdir. 16 avqust 2006-cı il tarixdən isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə Arif Alışanov rəhbərlik edir.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin proqramları 22-ci kanalla, peyk vasitəsilə yayımlanır.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin proqramlarının yayım ərazisi:
AzTV proqramı yerüstü və peyk ötürücüləri vasitəsilə Azərbaycan Respublikasının bütün ərazisində, Avropada "Hot Bird", "Sesat", Şimali Amerikada Galaxy 25, Asiyada isə "Türksat 1 C" peykləri vasitəsilə yayımlanır.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Türkiyə və Şimali Kipr Cümhuriyyəti, Rusiya Federasiyası, Gürcüstan, Ukrayna və Şərqi Avropa ölkələri üzrə müxbir postları fəaliyyət göstərir.

Gündəlik televiziya proqramlarının ümumi həcmi 24 saat (100%) təşkil edir.

Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 76 faizini ölkədə istehsal olunan proqramlar, 24 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Şəxsi istehsal olan proqramlardan istifadə olunmur.

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin nəzdində bu redaksiya və studiyalar fəaliyyət göstərir:

  • "Xəbərlər" informasiya proqramları studiyasıx
  • "Müəllif proqramları və xüsusi layihələr" departamenti
  • "Beynəlxalq proqramlar" baş redaksiyası
  • "İctimai-siyasi proqramlar" baş redaksiyası
  • "Səhər" musiqi-informasiya proqramı" baş redaksiyası
  • "Ədəbi-dram verilişləri" baş redaksiyası
  • "Musiqi və əyləncəli proqramlar" baş redaksiyası
  • "Sabah" yaradıcılıq emalatxanası
  • "Maarifçilik" baş redaksiyası
  • "Uşaq və gənclər" baş redaksiyası
  • "Kino və dublyaj" baş redaksiyası
  • "İdman proqramları" baş redaksiyası
  • "Ekran-efir qəzeti" redaksiyası


Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilmişdir.


Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+99412) 4923807.
Faks: (+99412) 4972020
İnternet ünvanı: http://www.aztv.az

 


İctimai Televiziya və radio Yayımları Şirkəti

İctimai Televiziya və Radio Yayımları Şirkəti "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılmışdır. Həmin Fərmana əsasən Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İctimai Televiziya və Radio Yayımının Yayım Şurasına İctimai Televiziya və Radio Yayımları Şirkətinin yaradılması üçün verilmişdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyəti "İctimai Televiziya və Radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurası 9 üzvdən ibarətdir. İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri Məmmədli Cahangir Əbdüləli oğludur. Baş direktor isə ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım Şurası tərəfindən 4 il müddətinə seçilir. 2005-ci il aprelin 16-da Yayım Şurasının 9 üzvünün 6 səsini qazanan İsmayıl Ömərov İctimai Televiziya və Radio Yayımları Şirkətinə Baş direktor seçilmiş, 2005-ci il 29 avqust tarixində isə İTRYŞ-nin açılış mərasimi keçirilmişdir.

Şirkət 24 saat ərzində Azərbaycan Respublikasının bütün ərazisində yayımlanır.

Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 65 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 5 faizini şəxsi istehsal proqramları təşkil edir.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin yayım dilini dövlət dili (80%), əcnəbi dil (20%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 241.
Tel: (994 12) 431-17-37, 430-22-64. daxili: 2 01
Faks: (994 12) 430-34-26
İnternet səhifəsi: http://www.itv.az

 

 


"ANS" Müstəqil Yayım və Media Şirkəti

Azərbaycanda ilk özəl telekompaniya olan ANS ilk dəfə 26 noyabr 1991-ci ildə AzTV-1 kanalında "Xəbərçi" xəbərlər proqramı ilə efirə çıxmışdır. "ANS" Müstəqil Yayım və Media Şirkəti 9 mart 1992-ci ildə Bakı şəhərində məhdud məsuliyyətli müəssisə kimi təsis edilmişdir. Şirkət eyni vaxtda redaksiya, yayımçı, naşir statusuna və kütləvi informasiya vasitəsi rejiminə malik olan xüsusi dövri yayım formasında fəaliyyət göstərən informasiya agentliyidir.

Şirkətin prezidenti V.F.Mustafayevdir.

Şirkətin yayım ərazisi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. ANS-in verilişləri 31-ci kanalla RRX vasitəsilə yayımlanır. Həftəlik yayımın ümumi həcmi 126 saatdır.

Ümumi efir vaxtının 2,4 faizini ölkədə istehsal olunan proqramlar, 37,3 faizini xaricdə istehsal olunan proqramlar, 60,3 faizini şəxsi istehsal proqramları təşkil edir.

"ANS" Müstəqil Yayım və Media Şirkətinin yayım dilini dövlət dili (84,1%), əcnəbi dil (15,9%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 27 aprel 2007-ci il tarixli qərarı ilə "ANS" Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.


Ünvan: Bakı şəhəri, keçid 1128, 504-cü məhəllə.
Tel: (994 12) 4977267
Faks: (994 12) 4989498
İnternet səhifəsi: http://www.ans.az

 

 


"Azad Azərbaycan" Televiziyası

"Azad Azərbaycan" Televiziyası 25 dekabr 2002-ci il tarixdən fəaliyyət göstərir. Verilişləri 35-ci kanalla yayımlanır. Şirkətin məqsədi respublikada və dünyada gedən ictimai-siyasi prosesləri şərh etmək, musiqi, mədəniyyət, tarix və s. ilə bağlı mövzular üzrə verilişlər təşkil etmək, filmlər göstərməkdir.


"Azad Azərbaycan" teleradio yayım şirkətinin prezidenti T.H.İbrahimovdur.

Şirkət 24 saat ərzində Abşeron yarımadası, Bakı və Sumqayıt şəhərləri, Şamaxı və Ələt ərazilərində yayımlanır.

Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 10 faizini ölkədə istehsal olunan proqramlar, 62 faizini xaricdə istehsal olunan proqramlar, 25 faizini şəxsi istehsal proqramları, 3 faizini isə reklam materialları təşkil edir.

Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2005-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Kompaniyasının televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.


Ünvan: A.Abbaszadə küçəsi 8.
Tel: (994 12) 5970106, 5974577, 5974588, 5974625.
Faks: (994 12) 5105265
İnternet səhifəsi: http://www.azadazerbaijan.com

 

 


"Lider" Televiziyası

"Lider" Televiziyası 28 dekabr 1999-cu ildə yaradılmış,1 sentyabr 2000-ci il tarixdən isə RRX vasitəsilə 25-ci kanalla yayımlanmağa başlamışdır. "Lider Media Holdinq" MMC-nin əsas meyarı özəl, professional və rəngarəng proqramların hazırlanmasıdır.

"Lider Media Holdinq" MMC-nin prezidenti Ədalət Əliyevdir.

"Lider TV" 24 saat ərzində Azərbaycan Respublikası və SESAT-E 36 peyk ötürücüsü vasitəsilə Avropa və Asiya ölkələrində yayımlanır. "Lider" Televiziyası, həmçinin ona məxsus İnternet saytı vasitəsilə yayımlanır.

Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 36 faizini ölkədə istehsal olunan proqramlar, 62 faizini xaricdə istehsal olunan proqramlar, 2 faizini reklamlar təşkil edir.

"Lider TV"-nin yayım dilini dövlət dili (80%), əcnəbi dil (20%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 22 dekabr 2006-cı il tarixli qərarı ilə "Lider Media Holdinq" Məhdud Məsuliyyətli Cəmiyyətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

Ünvan: Ə.Ələkbərov küçəsi 82/23.
Tel: (994 12) 4970584, 4970586, 4978899.
Faks: (994 12) 4978898
İnternet səhifəsi: http://www.lidertv.com

 

 


"Space" Müstəqil Televiziya və Radio Şirkəti

"Space" Müstəqil Televiziya və Radio Şirkəti 10 yanvar 1997-ci ildə yaradılmışdır. 12 oktyabr 1997-ci ildən 27-ci kanalla peyk vasitəsilə yayımlanır. 1 yanvar 2002-ci il tarixdən 24 saatlıq yayıma keçmişdir. Şirkətin prezidenti Vaqif Behbud oğlu Mustafayevdir.

Yayım ərazisi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həftəlik yayımın ümumi həcmi sutkada 18 saat təşkil edir

Ümumi efir vaxtının 95 faizini ölkədə istehsal olunan proqramlar, 5 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir.

"Space TV"-nin yayım dili dövlət dili (90%), əcnəbi dil (10%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 07 fevral 2007-ci il tarixli qərarı ilə "Space" Müstəqil Televiziya və Radio Şirkətinin televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti 6 il müddətinə uzadılmışdır.

Ünvan Bakı şəhəri, H.Cavid prospekti 8.
Tel: (994 12) 5100003
Faks: (994 12) 4927665.
İnternet səhifəsi: http://www.spacetv.az

 

 


"Xəzər" Televiziyası

"Xəzər" Televiziyası 2007-ci ildə yaradılmışdır. 2007-ci il oktyabrın əvvəllərindən fəaliyyətə başlamışdır. "Xəzər TV" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Asəf Hacıyevdir.

"Xəzər TV"-nin yayım ərazisi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

Həftəlik yayımın ümumi həcmi 168 saat təşkil edir.

Ümumi efir vaxtının 30 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar, 40 faizini isə şəxsi istehsal olan proqramlar təşkil edir.

"Xəzər TV"-nin yayım dili dövlət dili (90%), əcnəbi dil (10%) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə "Xəzər TV" Məhdud Məsuliyyətli Cəmiyyətinə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan:Bakı şəhəri, Atatürk prospekti 28.
Tel: (994 12) 493-99-49; 447-47-27.

"İdman Azərbaycan" Televiziyası

AzTV idmanın təsisçisi "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətidir. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 23 mart 2005-ci il tarixli 213 saylı Fərmanına əsasən yaradılmışdır. "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyun 2005-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

"İdman Azərbaycan" Televiziyası 2009-cu il yanvarın 1-dən fevralın 1-nə qədər test yayımları keçirmiş, 2009-cu il feralın 1-də rəsmi açılışı olmuş, tam həcmdə fəaliyyətə başlamışdır.   Kanal Bakı şəhərində 7-ci, Lerik və Şəkidə 6-cı, Gəncədə 21-ci, Şirvanda 9-cu, Astarada 2-ci, Qazax və Ağstafada 5-ci, Lənkəranda 10-cu, Mingəçevirdə 7-ci, Qubada 8-ci, Şamaxıda isə 11-ci televiziya kanalında yayımlanır. Kanal öz tamaşaçılarına futbol, voleybol, güləş, cüdo, yüngül atletika və digər idman növləri üzrə beynəlxalq yarışları izləmək imkanı yaradır.

Yayımlandığı tezlik – 58-ci kanal.

Gündəlik televiziya proqramlarının ümumi həcmi 24 saat (100%) təşkil edir.

Həftəlik yayımın ümumi həcmi 168 saat (100%) təşkil edir.

Ümumi efir vaxtının 7,3 faizini idman xəbərləri, 5 faizini əyləncəli idman proqramları, 3 faizini tok-şoular, 5 faizini maarifləndirici proqram və verilişlər, 14,7 faizini idman filmləri, 55 faizini isə digər verilişlər (proqramlar) təşkil edir.

Milli Televiziya və Radio Şurasının 18 iyul 2008-ci il tarixli qərarı ilə "Azərbaycan  Televiziya  və   Radio
Verilişləri Qapalı Səhdar Cəmiyyəti"nə idman sahəsi üzrə televiziya yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan: AZ1011, M.Hüseyn 1, Bakı, Azərbaycan.
Telefon: (+99412) 4923807
Faks: (+99412) 4972020

 

Qaynaq: MİLLİ TELEVİZİYA və RADİO ŞURASI

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu