AZ | EN | RU
 
   

 
Sədr

 

ŞIXLİNSKİ ELÇİN İSMAYIL OĞLU (ELÇİN ŞIXLI)

 

 

Elçin Şıxlı

1957-ci il oktyabrın 4-də Azərbaycan respublikası Bakı şəhərində anadan olmuşdur.

 

1964-cə ildə Bakı şəhəri 190 №-li orta məktəbin birinci sinfinə getmiş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. Elə 1974-cü ildə də SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə daxil olmuş və 1979-cu ildə həmin institutu ingilis və alman dilləri müəllimi ixtisası alaraq bitirmişdir.

 

1979-cu ilin avqustundan oktyabrınadək Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi informasiya-reklam şö'bəsinin müfəttişi işləmişdir.

 

1979-cu ilin oktyabrından 1981-ci ilin mayınadək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş və həmin müddət ərzində o zamankı Almaniya Demokratik Respublikası ərazisində yerləşmiş sovet ordusu hərbi komedantlıqlarından birində mütərcimlik etmişdir.

 

1981-ci ilin iyul-avqust aylarında "İnturist" ƏSC Bakı şö'bəsində tərcüməçi işləmişdir.

 

1981-ci ilin avqustundan 1986-cı ilin sentyabrınadək Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şö'bəsinin referenti olmuşdur.

 

1986-cı ilin sentyabrından 1988-ci ilin mayınadək Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi vəzifəsində işləmişdir.

 

1988-ci ilin mayından 1989-cu ilin aprelinədək V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Hey'əti aparatında baş referent olmuşdur.

 

1989-cu ilin aprelindən 1990-cı ilin iyulunadək "Azərbaycan Kommunisti"-"Kommunist Azerbaydjana" jurnalında ədəbi işçi kimi çalışmışdır.

 

1990-cı ilin iyulundan 1998-ci ilin fevralınadək "Ayna"-"Zerkalo" qəzetləri redaksiyasında baş redaktor müavini, 1998-ci ilin fevralından 1999-cu ilin mayınadək "Al-ver" qəzetinin baş redaktoru,

1999-cu ilin mayından 2001-ci ilin yanvarınadək "Ayna Mətbu Evi" şirkətinin prezidenti vəzifələrində çalışmışdır.

 

2001-ci ilin yanvarından indiyədək "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktorudur.

 

1989-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür.

 

Evlidir. İki uşağı var.

 

Azərbaycanın "Əməkdar jurnalisti"dir.

2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu