AZ | EN | RU
 
   

 
Tarix

 

Azərbaycan Jurnalistlər Birliyi ilk olaraq 1955 – ci ildə, Azərbaycan KP MK – nın qərarı ilə Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosu kimi fəaliyyətə başlamışdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivində saxlanılan sənədlərdə,1955 -1959- cu illər arasında, Təşkilat Bürosunun Jurnalistlər İttifaqının yaradılması istiqamətində apardığı işlər, jurnalistlərin peşə hazırlığının artırılması məqsədilə təşkil etdiyi kurslar, seminarlar, konfranslar və digər tədbirlər haqqında müfəssəl məlumat var.

Azərbaycan Jurnalistlər İttifaqının ilk təsis qurultayının keçirilməsi ilə əlaqədar, Təşkilat Bürosunun sədri, həmin illərdə AKP MK – nın Təbliğat və Təşviqat şöbəsinin müdiri vəzifəsində çalışmış Şıxəli Qurbanovun Azərbaycan KP MK –nın Bürosuna göndərdiyi fevral 1959 – cu il tarixli məktubunda jurnalistlərin qurultayının Sov.İKP – nin növbədən- kənar XXI – ci qurultayından sonra keçirilməsi xahiş olunur, həmçinin SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosunun Sov.İKP MK ilə razılaşdırdığı aşağıdakı məsələlərin gündəliyə salınmasını tövsiyyə etdiyi vurğulanır. 1) Sov.İKP – nin XXI Qurultayının qərarlarının həyata keçirilməsində respublika jurnalistlərinin vəzifələri; 2) Azərbaycan Jurnalistlər İttifaqı Təşkilat Bürosunun hesabatı.

Təşkilat Bürosunun sədri Ş. Qurbanovun SSRİ Jurnalistlər İttifaqı Təşkilat Bürosuna göndərdiyi 19 mart 1959 – cu il tarixli məktubunda isə Azərbaycan jurnalistlərinin ilk təsis qurultayının 28 mart 1959 – cu ildə keçiriləcəyi bildirilir. Azərbaycan Jurnalistlər İttifaqının (AJB) yaranışı rəsmən bu tarixlə başlayır.

Ötən 50 il ərzində Azərbaycan Jurnalistlər İttifaqı (AJB) şərəfli yol keçərək, respub – likada peşəkar jurnalistikanının yaranmasında müstəsna xidmətlər göstərmiş, azad sözün, çoxfikirliliyin keşiyində dayanmış, ölkənin ictimai – siyasi həyatında baş verən hadisələrə çevik münasibət bildirmiş, jurnalistlərin sosial problemlərinin həllində yaxından iştirak etmişdir.

1990- cı ilin 20 Yanvar hadisələrindən sonra, Bakıda kütləvi tədbirlərin keçirilməsi qadağan olunduğu üçün, Azərbaycan Jurnalistlər İttifaqının (AJB) katibliyi yanvarın 30 – da, Gəncə şəhərində, İdarə Heyətinin plenumunun keçirilməsi haqda qərar qəbul edir. Plenumda mövcud şəraitlə bağlı jurnalistlərin qarşısında duran vəzifədər geniş müzakirə olunur, Bakıda və ölkənin digər bölgələrində baş verən qanlı hadisələrin səbəbkarları kəskin tənqid edilir, müttəfiq respublikaların parlamentlərinə, Jurnalistlər İttifaqlarına, o cümlədən, BMT və BJF – na müraciət qəbul olunur. Həmin vaxtlarda respublikada poçt və teleqraf nəzarətdə olduğundan, AJİ (AJB) – nin əməkdaşları bu müraciəti faciəni əks etdtrən fotolarla birlikdə Dağıstana apararaq, oradan lazımi ünvanlara göndərirlər.

Bunun davamı kimi, plenumda AJİ – nın SSRİ Jurnalistlər İttifaqının tabeliyindən çıxması haqda böyük səs çoxluğu ilə qərar qəbul edilir.

İndiyə qədər Azərbaycan Jurnalistlər İttifaqının (AJB) 9 qurultayı keçirilib.

1992 – ci ildə keçirilən 8 – ci qurultayda təşkilatın adındakı İttifaq sözü Birlik sözü ilə əvəzlənərək Azərbaycan Jurnalistlər Birliyi adlandırılıb.

Ayrı – ayrı vaxtlarda İsrafil NƏZƏROV, Kamran RƏHİMOV, Ağababa RZAYEV, Rəşid MAHMUDOV, Rafiq ZEYNALOV, Hacı HACIYEV kimi görkəmli jurnalistlər təşkilata sədrlik etmişlər.

2006 – cı ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin ŞIXLİNSKİDİR.

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu