AZ | EN | RU
 
   

 
Kabel Televiziyaları

 

Azərbaycan Respublikasında fəaliyyət göstərən kabel televiziyaları

 

"Baku and Boston TV Communication" MMC
"Baku and Boston TV Communication" kabel televiziyası 1997-ci il tarixdən fəaliyyətə başlamışdır. "Baku and Boston TV Communication" MMC-nin Nizamnaməsi 24 sentyabr 2004-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi Əliyev Möhübbət Qəmbər oğludur.

Yayım proqramlarının 7,5 faizini dövlət, 92,5 faizini isə xaricdə istehsal olunan verilişlər təşkil edir.

Milli Televiziya və Radio Şurasının 27 iyul 2005-ci il tarixli qərarı ilə "B&B TV Communication" MMC-yə Bakı şəhərində efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "B&B TV Communication" MMC-yə Azərbaycan Respublikasının bütün ərazisində kabel, efir-kabel yayım fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan Bakı şəhəri, İnşaatçılar pr. 2.
Tel: (994 12) 497 52 32

 

 


"AG Telekom" MMC

"AG Telecom" MMC - "CATV" kabel televiziyası ilk dəfə 2006-cı il tarixdə fəaliyyətə başlamışdır.

"AG Telecom" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk nizamnaməsi 21.07.2001-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi Qurbanov Samir Telman oğludur.

Yayımın növü kabel, yayımın üsulu efir yayımıdır.

Yayımın əhatə dairəsi: Bakı və Sumqayıt şəhərləri.

Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə "AG Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Telefonlar: (994 12) 5101818, 510 17 17
İnterent ünvanı: http://www.catv1.az

 

 


"Neptun" firması

"NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyəti kabel televiziyası 01 dekabr 2006-cı il tarixdə fəaliyyətə başlamışdır.

"NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk nizamnaməsi 27.05.1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri Kərimov Dəyanət Ənvər oğlu, Məsimova Tamilla Həsənbala qızı, Babayev Nazim Ağaəli oğludur.

Yayımın üsulu kabel yayımıdır.

Milli Televiziya və Radio Şurasının 27 iyul 2005-ci il tarixli qərarı ilə "NEPTUN" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Telefonlar: (994 12) 447 62 99, 418 62 99

 

 


"FARAON-1" MMC

"FARAON-1" Tam ortaqlığının ilk nizamnaməsi 16.08.2001-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır.

Cəmiyyətin təsisçiləri Qarayev Yaşar Qara oğlu, Talıbova Səkinə Abbas qızıdır. Cəmiyyətin Nizamnaməsində 15.11.2006-cı il tarixdə cəmiyyətin təsisçiliyində dəyişiklik edilmiş, cəmiyyətin yeganə təsisçisi Nəzərova Nigar Nadir qızı olmuşdur.

Yayımın növü qapalı kabel şəbəkəsi, yayımın üsulu kabel televiziya yayımıdır.

Milli Televiziya və Radio Şurasının 22 avqust 2005-ci il tarixli qərarı ilə "FARAON-1" Məhdud Məsuliyyətli Cəmiyyətinə kodlaşdırılmış qurğularla yayım üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

 


"DİGİCOM" MMC

"DIGICOM" Məhdud Məsuliyyətli Cəmiyyəti kabel televiziyası kimi ilk dəfə 01 dekabr 2006-cı il tarixdə fəaliyyətə başlamışdır.

"DIGICOM" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk nizamnaməsi 27.05.1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi Seyidov Mir Məşkur Mir Hüseyn oğludur.

Yayım proqram konsepsiyasına əsasən həftəlik yayımın ümumi həcmi 168 saat, ölkə istehsalı olan proqramlar 3,5%, xaricdə istehsal olunmuş proqramlar 96,5% təşkil edir.

Yayımın növü televiziya yayımı, yayımın üsulu kabel yayımıdır.

Yayım ərazisi Bakı şəhərini əhatə edir.

Milli Televiziya və Radio Şurasının 31 avqust 2005-ci il tarixli qərarı ilə "DIGICOM" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Telefonlar: (994 12) 439 49 36

 

 


"Sky" MMC

"SKY" MMC - "Ailə TV" kabel televiziyası 2006-cı ildə fəaliyyətə başlamışdır.

"SKY" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi 24.03.2004-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri Quliyev Kamran Fikrət oğlu və Allahverdiyev Fuad Razim oğludur.

Yayımın növü efir-kabelli, yayımın üsulu efir yayımıdır.

Yayım proqram konsepsiyasına əsasən dövlət dilinin ümumi həcmi 12%, əcnəbi dillər 88% təşkil edir.
Yayımın əhatə dairəsi Bakı şəhərini, Gəncə və Əli-Bayramlı şəhərlərini əhatə edir.

Milli Televiziya və Radio Şurasının 22 sentyabr 2005-ci il tarixli qərarı ilə "SKY" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Telefonlar: (994 12) 495 69 24, 499 34 27.

 

 


"N.C.S." MMC

"NCS" Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk nizamnaməsi 12.02.2002-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi Məmmədov Elxan Cəlal oğludur.

Yayımın növü qapalı kabel şəbəkəsi, yayımın üsulu kabel televiziya yayımıdır.

"Yayımın proqram konsepsiyası"na əsasən, yayımın dili Azərbaycan, türk, alman, fransız, italyan, ərəb, rus dilləridir. Kanalların növü elm, idman, əyləncə və informasiya (xəbərlər) kanalları blokunu əhatə edir.
Yayımın əhatə dairəsi Azərbaycan Respublikasının ərazisini əhatə edir.

Milli Televiziya və Radio Şurasının 07 fevral 2006-cı il tarixli qərarı ilə "NCS" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

"SN Telekom" MMC

"SN Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi 13.01.2006-cı il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçiləri İbrahimov Natiş Qüdrət oğlu və Qurbanov Samir Telman oğludur.

Yayımın növü qapalı kabel şəbəkəsi, yayımın üsulu kabel televiziya yayımıdır.

"Yayım proqram konsepsiyası"na əsasən yayımın dili azərbaycan, türk, alman, fransız, italyan, ərəb, rus dilləridir. Kanalların növü elm, idman, əyləncə və informasiya (xəbərlər) kanalları blokunu əhatə edir.
Yayımın əhatə dairəsi Azərbaycan Respublikasının ərazisidir.

Milli Televiziya və Radio Şurasının 05 may 2006-cı il tarixli qərarı ilə "SN Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.


 

 


"SKY MAX" MMC

"Sky Max" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi 06 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. "Sky Max" MMC-nin təsisçisi Əliyeva Kamilə Ramiz qızıdır.

Yayımın növü kabel şəbəkəsi, yayımın üsulu kabel televiziya yayımıdır.

Həftəlik yayımın ümumi həcmi 168 saat təşkil edir.

"Yayım proqram konsepsiyası"na əsasən ölkə istehsalı olan proqramlar 10 faiz, xarici ölkə istehsalı olan proqramlar isə 90 faiz təşkil edir.

"Yayım proqram konsepsiyası"na əsasən yayımın dili azərbaycan, türk, alman, fransız dilləridir.
Kanalların növü əyləncə, informasiya, texnologiya, elm-tədris, idman, kino, musiqi kanalları blokunu əhatə edir.

Yayımın əhatə dairəsi: Azərbaycan Respublikasının ərazisi

Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "Sky Max" MMC-yə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan Bakı şəhəri, Yasamal rayonu, Landau küçəsi 6.
Telefon: (994 12) 438 30-09

 

 


"AzHİNet" (Azerbaijan Home Information Networks) MMC

AzHİNet" (Azerbaijan Home Information Networks) Məhdud Məsuliyyətli Cəmiyyəti kabel televiziyası kimi ilk dəfə 2006-ci il tarixdə fəaliyyətə başlamışdır.

AzHİNet" (Azerbaijan Home Information Networks) Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsi 09.07.2003-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisiləri Firudinbəyli Fuad Ramiz oğlu və Hüseynov Nizami Möhsüm oğludur.

Yayımın üsulu kabel televiziya yayımıdır.

Milli Televiziya və Radio Şurasının 03 oktyabr 2006-cı il tarixli qərarı ilə AzHİNet" (Azerbaijan Home Information Networks) Məhdud Məsuliyyətli Cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

Ünvan: Bakı şəhəri, İ.P.Dadaşov küçəsi, 48.
Telefonlar: (994 12) 448 30 48, 436 35 57.

 

 


"AN Media" ММC
 
"AN Media" Мəhdud Мəsuliyyətli nizamnaməsi 27.02.2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin təsisçisi Quliyev İlqar Təfsir oğludur. 

Yayımın növü efir-kabelli, yayımın üsulu efir yayımıdır.

Yayımın əhatə dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.
Milli Televiziya və Radio Şurasının 28 dekabr 2006-cı il tarixli qərarı ilə "AN Media" Мəhdud Мəsuliyyətli cəmiyyətinə kabel televiziyası yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.


Azad Azərbaycan" Teleradio Şirkəti

"Azad Azərbaycan" kabel televiziyası "Azad Azərbaycan" Teleradio Şirkəti tərəfindən yaradılmışdır. "Azad Azərbaycan" Teleradio Şirkətinin prezidenti T.H.İbrahimov.


Milli Televiziya və Radio Şurasının 17 aprel 2007-ci il tarixli qərarı ilə "Azad Azərbaycan" Teleradio Şirkətinə kabel, efir-kabel televiziya yayımı fəaliyyəti ilə məşğul olmaq üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir.

 

Ünvan: A.Abbaszadə küçəsi 8.
Tel: (994 12) 597 01 06, 597 45 77, 597 45 88, 597 46 25.
Faks: (994 12) 510 52 65
İnternet səhifəsi: http://www.azadazerbaijan.com

 

Qaynaq: MİLLİ TELEVİZİYA və RADİO ŞURASI

Mətbuat Xülasəsi

27.09.2013
Официальные и проправительственные газеты пишут о встречах президента Ильхама Алиева.


03.04.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева и публикуют распоряжение главы государства о создании при Минсвязи Госфонда развития информационных технологий.


02.04.2013
Официальные газеты пишут об участии Ильхама Алиева в церемонии открытия новых домов для вынужденных переселенцев.


01.04.2013
Официальные газеты публикуют многочисленные материалы по случаю 31 марта – Дня геноцида азербайджанцев.


29.03.2013
Официальные газеты пишут о встречах президента Ильхама Алиева, а также публикуют распоряжения о назначениях новых послов.


əlaqə Bül-Bül prospekti 18 AZ1000
Bakı/Azərbaycan
(+99412) 493 24 06

Açıq Cəmiyyət İnstitutu - Yardım Fondu